“Kopenhagen”in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının püşkatmasının komandası üçün nəticəsini şərh edib.
Arena.az xatırladır ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Kopenhagen”in rəqibi turnirin cari çempionu “Mançester Siti”dir.
“Bu, bütün mümkün püşklərdən ən çətinidir. “Mançester Siti” kollektiv şəkildə üstün olan və əla, fərdi güclü oyunçulara malik komandadır. Dünyanın ən yaxşı klub komandasıdır.
Bununla belə, ötən il göstərdik ki, onlara qarşı evdə yaxşı nəticə əldə etmək olar, baxmayaraq ki, onlar azlıqda çıxış ediblər (komandalar qrup mərhələsində 0:0 oynayıblar – redaktorun qeydi). Amma söhbət, əlimizdə olan fürsətlərdən istifadə etmək və cavab oyununda faydalı nəticə əldə etməkdən gedir”, – deyə Neestrup bildirib.
Xatırladaq ki, dekabrın 18-də UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil-qərargahında Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
1/8 final mərhələsinin ilk oyunları 2024-cü il fevralın 13-ü, 14-ü, 20-si və 21-də, cavab oyunları isə martın 5-i, 6-ı, 12-si və 13-də keçiriləcək.
2023/2024 mövsümünün UEFA Çempionlar Liqasının finalı 2024-cü il iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.


