Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Beşiktaş” oyununun biletləri satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletlərin qiyməti 10 (1A, 2A, 4A, 5A, 1B, 2B), 15 (3B), 20 (3A) və 30 (VİP) AZN təşkil edir.
Biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/events/sport/neftci-pfk-besiktas-jk
Xatırladaq ki, “Neftçi” – “Beşiktaş” oyunu avqustun 10-da “Neftçi Arena”da keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək. Azərbaycan və Türkiyə klubları arasındakı cavab qarşılaşması isə bir həftə sonra – avqustun 17-də İstanbulda keçiriləcək. Həmin matça da Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Sonda onu da qeyd edək ki, bu cütün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.


