Bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Beşiktaş” oyunu üçün start heyətlər açıqlanıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Türkiyə komandaları arasındakı ilk oyun bu gün “Neftçi Arena”da baş tutacaq.
Oyuna saat 21:00-da start veriləcək. Baş məşqçilər bu qarşılaşma üçün aşağıdakı heyətə üstünlük veriblər.
Xatırladaq ki, Azərbaycan və Türkiyə təmsilçiləri arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 17-də İstanbulda keçiriləcək. Həmin matça da Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Sonda onu da qeyd edək ki, bu cütün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
10 avqust
Neftçi: 1. İvan Brkiç, 21. İsmayıl Zülfüqarlı, 44. Yuri Matias, 4. Mark Tamaş, 19. Azər Salahlı, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 27. Fərid Yusifli, 5. Kenni Sayef, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 25. Aaron Olanare, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
Beşiktaş: 34. Mert Günok (k), 77. Umut Meraş, 6. Omar Kolli, 12. Daniel Amarti, 24. Valentin Rozye, 19. Amir Haciahmetoviç, 83. Jedson Fernandes, 8. Salih Uçan, 40. Cekson Muleka, 10. Vensan Abubakar, 4. Onur Bulut.
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 7. Ante Rebiç, 17. Kerem Kesgin, 20. Necip Uysal, 21. Demir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Jan Onana, 90. Semih Kılıçsoy, 99. Emrecan Bulut.
Baş məşqçi: Şenol Günəş.


