“Neftçi” Əbu-Dabi toplanışına start verdi

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinin hazırlığı üçün qış təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, yanvarın 4-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşmüş komandanın üzvləri dünən axşam paytaxt Əbu-Dabidə ilk məşqə çıxıblar.

“Ağ-qaralar” hazırlığı bu gün səhər baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında davam etdiriblər. Növbəti məşq bu axşam baş tutacaq.

Qeyd edək ki, “Neftçi” burada 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq.

Paytaxt təmsilçisinin qış toplanışı yanvarın 17-nə qədər davam edəcək.

Xatırladaq ki, “ağ-qaralar” cari mövsümün geridə qalmış hissəsində topladığı 20 xalla 8-ci pillədə qərarlaşıb. Komanda 16 oyunda 4 qələbə qazanıb, 8 heç-heçə edib, 4 məğlubiyyət görüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: