“Neftçi” və “Beşiktaş” iştirak ərizəsini UEFA-ya təqdim etdilər

“Neftçi” Avropa Konfrans Liqasında Türkiyənin “Beşiktaş” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az xəbər verir ki, paytaxt klubunun iştirak ərizəsində 27 futbolçunun adı yer alıb.

Baş məşqçi Adrian Mutunun sərəncamında 3 qapıçı, 10 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu var:

Qapıçılar: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 93. Rza Cəfərov;

Müdafiəçilər: 3. Höccət Haqverdi, 4. Mark Tamaş, 19. Azər Salahlı, 26. Ömər Buludov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 44. Yuri Matias, 82. Rüfət Abbasov, 84. Hüseyn Babayev, 99. Ervin Koffi;

Yarımmüdafiəçilər: 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 9. Andre Şinyaşiki, 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Caber, 27. Fərid Yusifli, 92. Ömər Qurbanov;

Hücumçular: 77. Yeqor Boqomolski, 91. Ağadadaş Salyanski.

“Qara qartallar” da 33 futbolçu sifariş etdilər

Yeri gəlmişkən, “Beşiktaş” da “Neftçi” ilə oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Baş məşqçi Şenol Günəş Azərbaycan təmsilçisi ilə oyunlar üçün 5 qapıçı, 8 müdafiəçi, 13 yarımmüdafiəçi və 7 hücumçu seçib:

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 63. Emir Yaşar, 94. Göktuğ Baytekin, 97. Utku Yuvakuran;

Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Amarti, 24. Valentin Rozye, 26. Artur Masuaku, 60. Aytuğ Kömeç, 77. Umut Meraş;

Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 18. Rəşid Gezzal, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 22. Berkay Vardar, 23. Kartal Yılmaz, 27. Emirhan Delibaş, 41. Oğuzhan Akgün, 71. Jan Onana, 83. Jedson Fernandes, 99. Emrecan Bulut.

Hücumçular: 7. Ante Rebiç, 9. Cenk Tosun, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 62. Azad Dəmir, 64. Mustafa Həkimoğlu, 90. Semih Kılıçsoy

Xatırladaq ki, “Neftçi” ilə “Beşiktaş” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcəklər. Azərbaycan və Türkiyə təmsilçiləri arasındakı ilk oyun avqustun 10-da Bakıdakı “Neftçi Arena”da, cavab görüşü isə ayın 17-də “Beşiktaş”ın stadionunda baş tutacaq. Hər iki oyun saat 21:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: