Neymar doğma klubu “Santos”a xahişlə müraciət etdi

“Santos”un prezidenti Marselo Teyşeyra bildirib ki, “Əl-Hilal”ın ulduzu Neymar öz qayıdışına qədər 11 nömrədən istifadə etməməyi xahiş edib.

Arena.az “Itatiaia” dərgisinə istinadən, Teyşeyranın bu barədə sözlərini təqdim edir:

“Dekabrın 10-da Neymarın adından mənə zəng edib dedilər: “Prezident, siz birinci diviziona qayıdana qədər 10 nömrədən istifadə etməkdən artıq imtina etmisiniz. Odur ki, mən qayıdana qədər 11 nömrədən istifadə etməyin”. Mən artıq xoşbəxtəm, mən artıq ümidlə doluyam.

Neymarın dönüşünü gözləyirik. Bu, artıq mənə çox ümid verdi. Qoy gələcəkdə böyük liqalara qayıdış və Neymarın dönüşü belə tez olsun. 10 və 11 nömrələrindən müvəqqəti olaraq imtina edəcəyik. Pele 10 nömrəni geyinirdi. Yeni ulduz ancaq elit diviziona keçəndə peyda olacaq. 11 nömrə isə ulduzumuzun qayıdışını gözləyəcək”, deyə Teyşeyra bildirib.

Xatırladaq ki, Braziliya A Seriyasının başa çatmış son mövsümünün yekunlarına əsasən, “Santos” tarixində ilk dəfə B Seriyasına yuvarlanıb.

Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almışdı. Futbolçunun təxmin edilən sağalma müddəti 10 aya qədər çəkə bilər bilər. Beləliklə, Neymarın cari mövsümdə bir daha meydana çıxmayacaq.

Braziliyalı ulduz futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Neymarı 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: