Neymar futbol arzusunu paylaşdı: “İstəyirəm ki…”

“Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar bildirib ki, dünya çempionatında qalib gəlmək onun ən böyük arzusudur.

Arena.az “Globo Esporte”yə istinadən Neymarın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Əlbəttə, mən ümid edirəm ki, bir gün ən böyük arzumu geçəkləşdirə və Dünya Kubokunu qazana biləcəyəm, bu, göz qabağındadır. Amma bəzən alınmır. Braziliyanın ən yüksək səviyyəli kumiri var, ölkə tarixində ən önəmli futbolçulardan biri. Bu, Zikodur və onun Dünya Kubokunda qalibiyyəti yoxdur. Və bu, onun keyfiyyətlərini və sahib olduğu istedad vergisini müəyyən etmir. Bu sözlər mənə də aiddir”, deyə təcrübəli oyunçu duyğusalcasına fikrini tamamlayıb.

Neymar cari yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib və hələ yeni komandasında debüt etməyib. Braziliyalı superulduzun “Əl-Hilal”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış ötən mövsüm ərzində mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, o, PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya millisinin heyətində 124 oyun keçirib, 77 qol vurub, 56 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: