Niko O’Rayli “Mançester Siti” ilə yeni müqaviləyə imza atdı

İngiltərənin “Mançester Siti” klubunun gənc mərkəz yarımmüdafiəçisi Niko O’Rayli Premyer Liqa nəhəngi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə bu barədə Mançester klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni müqaviləyə əsasən, O’Rayli 2030-cu ilədək “şəhərlilər”in uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2028-ci ildə bitəcəkdi.

Niko O’Rayli “Mançester Siti”nin öz yetirməsidir. O, 2023-cü ildən əsas komandada forma geyinməyə başlayıb. Niko cari mövsümdə 6 oyuna çıxıb. Onun “şəhərlilər”in əsas komandasında ümumi göstəriciləri isə belədir: 27 oyun, 5 qol və 2 məhsuldar ötürmə.

Niko İngiltərənin U-15, U-16, U-17, U-18 yığmalarında forma geyinib, hazırda isə U-20-yə dəvət alır.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: