Nobel Mendi 25 milyon avroya “Hall Siti”yə keçdi

İspaniyanın “Rayo Valyekano” klubunun mərkəz müdafiəçisi Nobel Mendi bundan sonra “Hall Siti”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Seneqallı müdafiəçinin transferi üçün “Hall Siti” 25 milyon avro ödəyib. 5 illik müqaviləyə imza atan Mendi Premyer Liqa təmsilçisinin müdafiə xəttinə etdiyi ən bahalı transferlərdən birinə çevrilib.

“Rayo Valyekano” müqaviləyə futbolçunun gələcək satışından əldə ediləcək məbləğin 12,5 faizini almaq hüququ daxil edib. Bundan başqa, əvvəlki razılaşmalara əsasən, transferdən “Betis” də gəlir əldə edəcək. Andalusiya klubuna ilkin transfer məbləğinin 20 faizi çatacaq.

21 yaşlı Nobel Mendi artıq Seneqal millisində debüt edib. O, “Rayo Valyekano”nun əsas komandasında bütün rəsmi turnirlər üzrə 28 matçda meydana çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: