“Nyukasl” 7 milyona hücumçu aldı, dərhal icarəyə göndərdi

Danimarkanın “Odense” klubunun 18 yaşlı hücumçusu Yankuba Minteh İngiltərə təmsilçisi “Nyukasl”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Qambiyadan olan futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Hansı ki, klub yeni forvardı ilə sözləşmənin dəqiq müddətini və digər detallarını açıqlamayıb. Amma Britaniya mətbuatı İngiltərə klubunun bu keçidə görə “Odense”yə 7 milyon avro ödədiyini bildirir.

“Nyukasl” yeni transferini dərhal da icarəyə göndərib. Belə ki, Mintehin 2023/2024 mövsümündə Niderland çempionu “Feyenoord”da icarədə çıxış edəcəyi diqqətə çatdırılıb.

Yankuba Minteh 2022-ci ilin avqust ayından “Odense”nin uğurları üçün çalışırdı. Gənc hücumçu bu komandanın heyətində meydana çıxdığı 17 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: