Futbol üzrə Tacikistan milli komandasının qapıçısı Oleq Baklov bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Baklovla 2 illik müqavilə imzalanıb. O, Tovuz klubuna azad agent kimi qoşulub.
Oleq Baklov son olaraq Rusiyanın “Ufa” klubunda çıxış edib. 201 sm boya malik 30 yaşlı əlcək sahibi Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib.
“Turan Tovuz” daha öncə David Tavares, Abdulla Rzayev və Roberto Olabeni də heyətinə qatmışdı. İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyev isə komandanı tərk ediblər.


