Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ” klubu iordaniyalı futbolçusu Omar Hani ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin sentyabr ayıından bu komandada çıxış edən legioner “qırmızı-qara” formada 85 matça çıxıb. O, bu oyunlarda 4 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022/2023 mövsümündə Azərbaycan kubokunun qalibi olub.
“Qəbələ” İdman Klubu Omar Haniyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Omar Hani “Qəbələ”dən öncə Kiprdə “Olimpiakos” (Nikosiya) və APOEL (Nikosiya) klublarının da formasını geyinib. O, İordaniya milli komandasında da 2 oyun keçirib.


