Ozan Can Kökçü “Qroningen”ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 16-cı turu çərçivəsində keçirilmiş “Qroningen”lə oyunun iştirakçısı olub.

“Eyndhoven” rəqib meydanında baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 3 qol vurmuş millimizin üzvü bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” cari mövsümdə qazandığı 21 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 54 oyuna çıxıb, 10 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: