Özgür Baran Aksaka “Qalatasaray”la yeni müqavilə bağladı

Türkiyənin “Qalatasaray” klubunun yarımmüdafiəçisi Özgür Baran Aksaka Super Liqa nəhəngi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 19 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025/26 mövsümünün sonunadək uzadılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2024/25 mövsümünün sonuna qədər idi.

Özgür Baran Aksaka “Qalatasaray”ın öz yetirməsidir. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən gənc futbolçu İstanbul klubunun əsas komandasında 3 oyun keçirib.

Xatırladaq ki, “Qalatasaray” ötən gün digər gənc futbolçusu Emin Bayramla da yeni müqavilə imzalandığını açıqlamışdı. O da yeni müqaviləyə əsasən 2025/26 mövsümünün sonunadək bu komandada qalacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: