“Palmeyras” “Nottingem Forest”in hücumçusunu satın aldı

“Palmeyras” 25 yaşlı paraqvaylı sol cinah hücumçusu Ramon Sosanı “Nottingem Forest”dən tamhüquqlu əsasda düşərgəsinə qatıb.

Arena.az bu barədə “Palmeyras”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Braziliya nəhənginə 12,50 milyon avro məbləğ müqabilində başa gəlib.

Ramon Sosa Asunsyon “River Pleyt”inin məzunudur. Sosa karyerası ərzində “Olimpiya” (Asunsyon), “Ximnasiya La-Plata”, “Talyares” və “Notingem Forest”də çıxış edib.

2024/2025-ci illər mövsümündə Sosa “meşəcilər” üçün 23 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ramon Sosa 2022-ci ilin noyabr ayında debüt etdiyi Paraqvay yığmasının heyətində 23 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Futbolçu böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı paraqvaylı sol cinah hücumçusunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: