Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) boks yarışlarının püşkü atılıb.
Arena.az xəbər verir ki, püşkə əsasən Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.
Millimiz yarışda 5 kişi boksçu ilə mübarizə aparacaq. Olimpiadada bu növ üzrə döyüşlər iyulun 27-də başlayacaq və avqustun 11-də yekunlaşacaq.
Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
1/8 final
28 iyul
92 kq. Alfonso Dominqes – Xulio Sesar la Krus (Kuba)
29 iyul
63,5 kq. Malik Həsənov – Laşa Quruli (Gürcüstan)
92 kq. Məhəmməd Abdullayev – Nelvi Tiafak (Almaniya)
30 iyul
51 kq. Nicat Hüseynov – Yunior Alkantara Reyes (Dominikan Respublikası)
80 kq. Murad Allahverdiyev – Abdelrahman Abdelqavvad (Misir)


