Almaniyanın “Bayer” klubu hücumçusu Patrik Şik ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki sözləşmə 2025-ci ilin yayına kimi idi.
Patrik Şik 2020-ci ilin sentyabrından “Bayer”in uğurları üçün çalışır. O, geridə qalan mövsümdə meydana çıxdığı 31 oyunda 24 qol vurub. Çexiyalı forvard Leverkuzen klubunda bütövlükdə 67 matça çıxıb, 37 qola imza atıb.
Şik daha öncə “Leypsiq”, “Roma”, “Sampdoriya”, “Bohemians” və “Sparta” (Praqa) klublarının da formasını geyinib. Çexiya yığmasında 33 matça çıxan forvard, 17 qolla yadda qalıb.


