“Rayo Valyekano”nun ispaniyalı müdafiəçisi Pep Çavarriya bundan sonrakı karyerasını İngiltərə təmsilçisi “Çelsi”də davam etdirəcək.
Arena.az bu barədə London klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
28 yaşlı futbolçu ilə 2031-ci ilə qədər nəzərdə tutulmuş 5 illik müqavilə bağlanıb. “Çelsi” bu transfer üçün İspaniya klubuna 19 milyon avro ödəyib.
Pep Çavarriya əvvəllər İspaniyanın “Fiqeras”, “Olot” və “Saraqosa” klublarının da formasını geyinib. Müdafiəçi 2022-ci ildən “Rayo Valyekano”da çıxış edirdi. O, İspaniya çempionatının 2025/2026-cı illər mövsümündə 33 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Sol cinah müdafiəçisinin “Rayo Valyekano” karyerası bütövlükdə 125 oyun, 2 qol və 8 assistdən ibarətdir.
“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


