PFL 2024/2025 mövsümü üçün top seçimini açıqladı

Peşəkar Futbol Liqası (PFL) 2024/2025 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplarla bağlı seçimini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, PFL və klublar arasındakı razılaşmaya əsasən, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və Əvəzedicilər Liqasında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi, bu il keçiriləcək Avropa çempionatının (AÇ-2024) rəsmi topu olan “Fussballiebe”dən yararlanacaqlar.

Azərbaycan Birinci Liqasında mübarizə aparan klublar “Adidas” şirkətinin təsis etdiyi “Əl Rihla” topları ilə oynayacaqlar. İkinci Liqada çıxış edən klublar isə eyni şirkətin istehsalı olan “Adidas Tiro Pro”dan istifadə edəcəklər.