Britaniyalı məşhur jurnalist, “Arsenal”ın sadiq azarkeşi Pirs Morqan “topçular”ın ispan baş məşqçisi Mikel Artetaya səslənib.
Arena.az məlumat verir ki, Morqan özünün sosial şəbəkə hesabı üzərindən paylaşdığı yazıda Artetatya müraciət ünvanlayıb:
“Əziz Mikel Arteta, indi biz, sənin, dünya səviyyəli hücumçu imzalamaqdan imtina etməyin kimi qəribə səbəbdən geriləyirik. Bizə, bax bu, oyunçular çapında bir hücumçu gərəkdir. Tanrı xatirinə, lənətə gəlmişcəsinə belə tərs olmağı burax, bu daşı ətəyindən tök, bunlardan birini satın alın”, – Morqan “topçular”ın rəhbərliyini də yeni hücumçu almağa səsləyib.
Pirs Morqan bu çağırışını “Arsenal”ın əfsanəvi hücumçuları – ötən illərin ulduzları Denis Berqkamp, Tyerri Anri, Robin van Persi və Pyer-Emerik Obameyanqın şəkilləri ilə tamamlayıb.
Xatırladaq ki, ehtiyatda bir oyun olması şərtilə yarış cədvəlinin 2-ci pilləsində qərarlaşmış “Arsenal”, İngiltərə Premyer Liqasının zirvəsindəki “Liverpul”dan 11 xal geri qalır. “Qırmızılar”ın 27 oyundan 64 xalı, “topçular”ın isə 26 oyundan 53 xalı var. Göründüyü kimi, “topçular”ın çempionluq imkanı gerçək müstəvidən nəzəri müstəviyə doğru keçməkdədir.


