Poçettino autsayderlə oyunda əldən verdikləri qələbədən danışdı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 32-ci turunda autsayder “Şeffild Yunayted”lə heç-heçəni (2:2) şərh edib.

Arena.az xatırladır ki, aprelin 7-də səfərdə keçirilmiş oyunda “zadəganlar” oyunun əsas vaxtına əlavə edilmiş təzminat vaxtında (90+3) qol buraxaraq, aşkar autsayderlə oyunda qələbəni əldə veriblər:

“Son dəqiqələrdə qol buraxanda həmişə özünü çox məyus və əsəbi hiss edirsən, çünki oyunu qazana bilərdin. Amma oyunu təhlil etsək, heç-heçə hər iki komanda üçün ədalətlidir. Premyer Liqada yaxşı oynamağa və oyuna nəzarət etməyə çalışmalısan. Premyer Liqanın bütün komandaları yaxşıdırlar”, – “Çelsi”nin mətbuat xidməti argentinalı mütəxəssisdən sitat gətirir.

“Çelsi” 30 oyundan 44 xalla Premyer Liqanın yarış cədvəlində 9-cu, “Şeffild Yunayted” isə 31 oyundan 16 xalla sonuncu, 20-ci pillədə qərarlaşıb.

Premyer Liqaya 31 oyundan 71 xalla “Arsenal” başçılıq edir. “Topçular” eyni miqdarda xal topladıqları, 2-ci pillədə qərarlaşmış “Liverpul”u şəxsi oyundakı nəticə hesabına qabaqlayırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: