“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 23-cü turunda evdə “Vulverhempton”a məğlubiyyətini (2:4) şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Hamımız kifayət qədər yaxşı deyilik, mən də o cümlədər. Bu, gerçəklikdir. Bu gün göstərdiklərimiz kifayət qədər yaxşı deyildi. Hazırda biz klubun tarixinə uyğun gəlmirik.
Deyə biləcəyimiz məqam azarkeşlərdən üzr istəməkdir. İdrak bir şey, gerçəklik isə başqa şeydir. Hesab edilir ki, “Çelsi” cədvəldə başqa yerdə olmalıdır, amma şərait elədir ki, biz orada deyilik. Ola bilsin ki, biz kifayət qədər yaxşı deyilik”, deyə Poçettino vurğulayıb.
“Çelsi” 23 oyundan 31 xalla Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. “Vulverhemtpon” isə 32 xalla 10-cu pillədədir. Premyer Liqaya 51 xalla “Liverpul” başçılıq edir. 21 oyundan 46 xalla 3-cü pillədə qərarlaşmış “Mançester Siti” isə potensial lider statusundadır.


