London təmsilçisi “Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın cari mövsümdəki nəticələri barədə danışıb.
Arena.az argentinalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“İctimaiyyət anlamalıdır ki, biz yeni “Çelsi” qururuq. İndi baxın, doqquz ay ərzində əldə etdiyimiz nəticələrə baxın. İki fərqli yarışda iki dəfə “Uembli”yə çata bildik.
Azarkeşlər zövq almalı və bizə daha çox inanmalıdırlar”, deyə Poçettino vurğulayıb.
Hazırda “Çelsi” 27 oyundan 39 xalla Premyer Liqanın yarış cədvəlində 11-ci pillədə qərarlaşıb.
“Zadəganlar” İngiltərə Liqa Kubokunun finalında iştirak ediblər və dramatik oyunda “Liverpul”a 0:1 hesabı ilə məğlub olublar.
“Çelsi” həm də İngiltərə Kubokunun yarımfinalına yüksəlməyi bacarıb və burada “Uembli” stadionunda “Mançester Siti” ilə qarşılaşacaq.