İyulun 3-də argentinalı Maurisio Poçettino “Çelsi”nin Kobhemdəki bazasına gələrək, “zadəganlar”ın baş məşqçisi kimi ilk müsahibəsini verib.
Arena.az “Çelsi”nin mətbuat xidmətinə istinadən Mauriso Poçettinonun bu təyinatı ilə bağlı fikirlərini diqqətinizə çatdırır:
“Çelsi” futbol klubunda olmaqdan qürurluyam. Şübhəsiz, bu, dünyanın ən böyük klublarındandır. Ümidvaram ki, azarkeşlərimiz komandanı yenidən qələbə yoluna qoymağımız üçün burada olduğumuza görə canlanıblar. Biz bu böyük kluba sevinc bəxş etmək istəyirik. Buna ancaq böyük zəhmətlə nail olmaq olar.
“Çelsi”nin möhtəşəm heyəti var. Biz futbolçulardan öhdəlik tələb edirik və klubumuza yalnız belə icraçıları dəvət edəcəyik. Biz azarkeşlərlə birlikdə uğurun açarını tapmaq istəyirik. Bizə komandada yalnız liderlər gərəkdir, geri qalanlar yox.
Həyatda hər şey olur: yüksəlişlər də, enişlər də. Ancaq “Çelsi”də müvafiq hala yol vermək olmaz. Əmin olmalıyıq ki, klubun yenidən zirvəyə qayıtması üçün hər şeyi edəcəyik, çünki bu klubun tarixi zirvədə olmaqdır”.
Xatırladaq ki, “Çelsi” rəhbərliyi Maurisio Poçettinonun komandanın yeni baş məşqçisi olacağını hələ mayın 20-da açıqlamışdı. “Zadəganlar” 51 yaşlı mütəxəssislə 3 mövsümlük müqavilə imzalayıblar.


