Poçettino “Çelsi”nin Liqa Kubokunun finalına çıxmasını şərh etdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın İngiltərə Liqa Kubokunun finalına yüksəlməsindən sonra təəssüratlarını paylaşıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İşlər əla gedir. Şikayət edə bilmərəm, insanlar sadəcə bizə güvənməlidirlər. Gənc komandamız var, böyümək lazımdır. Zehniyyət çox yaxşıdır, bizə vaxt verin. Biz yeni layihə qururuq və təkmilləşdiririk. Mən həqiqətən xoşbəxtəm”, deyə Poçettino razılıqla danışıb.

Xatırladaq ki, yanvarın 23-də İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Çelsi” “Stemford Bric”də “Midlsbro”nu qəbul edib və 6:1 hesablı qələbə qazanıb. “Zadəganlar”ı ilk oyunda 1:0 hesablı qələbəyə sevinmişdilər.

“Çelsi” finalda “Liverpul” – “Fulhem” cütünün qalibi ilə qarşılaşacaq. İlk oyunda Yurgen Klopun yetirmələri 2:1 hesablı qələbə qazanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: