“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın Premyer Liqanın 33-cü turunda “Everton” üzərində ev qələbəsini (6:0) şərh edib.
Arena.az BBC-yə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Rəqib qapısı qarşısında çox təsirli idik. Şadam. “Quru” qələbədir. Palmerin bu qədər qol vuracağını gözləyirdiniz? Yox. Onun yaxşı oynayacağı gözlənilirdi, amma o, əla oynayır, komanda üçün heyrətamiz işlər görür. Onun dörd qol vurduğuna görə şadam”, deyə Poçettino məmnunluqla bildirib.
Bu qələbədən sonra “Çelsi” 31 oyundan 47 xalla Premyer Liqanın yarış cədvəlində 9-cu pillədə qərarlaşıb. “Everton” isə 32 oyundan 27 xalla 16-cı pillədədir. Premyer Liqaya 73 xalla “Mançester Siti” başçılıq edir.
Növbəti oyunda “Çelsi” İngiltərə Kuboku çərçivəsində “Mançester Siti” ilə qarşılaşacaq.


