Poçettino “Kristal Pelas” üzərində qələbədən danışdı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın Premyer Liqanın 19-cu turunda “Kristal Pelas” üzərində qələbəsini (2:1) şərh edib.

Arena.az BBC-yə istinadən, argentinalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Çoxlu imkanlar yaratdıq. Oyundan çox razıyam. Bəzi futbolçular hələ də komandaya uyğunlaşmalıdırlar. Kristofer Nkunku uzun müddət oynamadığı üçün bu, onun üçün vacib addımdır.
Premyer Liqa həqiqətən çətin yarışdır, burada uğur qazanmaq üçün ardıcıl olmalıyıq. Mövsümün ilk yarısı yüksəliş və enişlə keçdi və çoxları üçün çətin oldu. Lakin biz nikbinik və rəqabət apara biləcəyimizi göstərməliyik”, – deyə Poçettino bildirib.

Premyer Liqanın birinci dövrəsindən, 19 turdan sonra “Çelsi” 25 xalla turnir cədvəlinin “ekvator”unda, 10-cu pillədə qərarlaşıb. “Kristal Pelas” isə 18 xalla 15-ci pillədədir. Premyer Liqaya 42 xalla “Liverpul” başçılıq edir. 18 oyun keçirmiş “Arsenal”ın 40 xalı var və “topçular” potensial lider statusundadırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: