Poçettino standart vəziyyətlərə görə “Çelsi”ni tənqid etdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqada “Vulverhempton”la oyundan əvvəl maraqlı açıqlama verib.

Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, argentinalı mütəxəssis standart vəziyyətlərin ifası üzrə usta bir futbolçu ilə müqavilə imzalamaq istədiyini vurğulayıb:

“Bizim belə bir oyunçumuz yoxdur, ona görə də gələn mövsüm üçün bir mütəxəssislə müqavilə imzalamaq imkanını müzakirə etdik. Hazırda komandamızda standart vəziyyətləri mütəmadi olaraq nəticə gətirəcək surətdə yerinə yetirə bilən futbolçu yoxdur.
Söhbət keyfiyyət və peşəkarlıqdan gedir. “Vest Hem” və Uord-Prausa baxın. Belə bir oyunçuya sahib olanda, stadart vəziyyətlərin uğurlu faizini əhəmiyyətli dərəcədə artırarsan”, deyə Poçettino bildirib.

Vurğulayaq ki, cari mövsümdə “Çelsi” İngiltərə Premyer Liqasında standart vəziyyətlərdən 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: