“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Liqa Kubokunun 1/4 finalında “Nyukasl”la oyunu (1:1, penaltilərlə 4:2) şərh edib.
Arena.az BBC-yə istinadən argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Düşünürəm ki, bu, həqiqətən də yaxşı oyun idi. Qol buraxdığımız zaman səhv etdik. Futbolçulara dedim ki, onlar həmişə sona qədər inanmalıdırlar. Futbolda bəzən bəxt lazımdır, belə də oldu. Komandaya təşəkkür edirəm, çünki onlar fantastik oynadılar.
Oyundan əvvəl demişdik ki, “Şeffild Yunayted”lə oyundan sonra özümüzü əla hiss edirik. Yaxşı işləyirik, bərpa oluruq. Komandanın oyunçuları çox gəncdir. Təəccüblüdür, çünki biz həmişə istedaddan danışırıq, amma hamımızın bir yerdə olmağımız bizə kömək edir. Biz çox yaxşı rabitə yaradırıq. Bir-birimizi tanımaq vaxtıdır. Bu nəticə həm də nəyin təkmilləşdirilməsi gərək olduğunu anlamağa kömək edəcək.
Yarımfinala yüksəlmək çox yaxşı başlanğıcdır. Biz çox xoşbəxtik. Azarkeşlər və klub belə duyğulara layiqdirlər. Bu, böyük təkandır. Sabahkı püşkatmanı səbirsizliklə gözləyirik”, deyə Poçettino bildirib.


