Polşa da UEFA-ya etiraz etdi: “Rusiyalılarla oynamayacağıq”

Polşa Futbol İttifaqının prezidenti Sezari Kuleşa ölkəsinin müxtəlif yaşlı yığmalarının Rusiya komandaları ilə oynamayağını açıqlayıb.

Arena.az məlumat verir ki, bu barədə Kuleşa sosial şəbəkələrdə yazıb:

“UEFA İcraiyyə Komitəsinin dünənki bəyanatı məni təəccübləndirdi. Rusiya yığmalarına yarışlarda iştiraka icazəsi verilsə, bizim komandalar onlarla oynamayacaqlar. Bu, yeganə düzgün qərardır”, – Kuleşa suala xitam verib.

Xatırladaq ki, dünən, sentyabrın 26-da UEFA-nın İcraiyyə Komitəsinin Rusiyanın yeniyetmələrdən ibarət futbol komandalarının, U-17 yığması da daxil olmaqla, bu yaş qrupuna qədər bütün yaş qrupları üzrə yığma komandalarının beynəlxalq turnirlərə neytral statusda – himn və bayraqsız buraxılması barədə qərar qəbul edib.

Vurğulanıb ki, rusiyalı yeniyetmələrdən ibarət yığmalar Rusiya ərazisində oyunlar keçirə və milli kimlik əlamətləri olan formalarda yarışa bilməyəcəklər.

UEFA-nın bu qərarından sonra bəzi ölkələr ruslarla oynamayacaqlarını bəyan etməyə başlayıblar. İngiltərə və Litvanın futbol rəsmiləri də bu ölkənin yığmaları ilə qarşılaşmayacaqlarını açıqlayıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: