Premyer Liqa: 10-cu turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turunun hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İkinci dövrənin ilk turunun ilk oyun gününə təsadüf edəcək “Turan Tovuz” – “Qarabağ” oyunu Fərid Hacıyevə tapşırılıb. “Səbail” – “Neftçi” görüşünü isə FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Şənbə günü keçiriləcək “Kəpəz” – “Zirə” oyunu Rauf Allahverdiyevə tapşırılıb. “Sabah” – “Sumqayıt” matçında isə Nicat İsmayıllı söz sahibi olacaq.

Sonuncu oyun günündə baş tutacaq “Qəbələ” – “Araz-Naxçıvan” matçı isə Tural Qurbanova tapşırılıb.

Premyer Liqa
10-cu tur
20 oktyabr

“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tovuz şəhər stadionu, 18:30.

“Səbail” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 20:30.

21 oktyabr

“Kəpəz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

“Sabah” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 18:00.

22 oktyabr

“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: