Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu və 11-ci turlarının oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Üç günü əhatə edəcək 10-cu turun oyunları 20, 21 və 22 oktyabrda keçiriləcək.
Yeri gəlmişkən, PFL Tovuz şəhər stadionunda quraşdırılmış yeni işıqlandırma sisteminin 10-cu turun “Turan Tovuz” – “Qarabağ” oyununa qədər sınaqdan keçiriləcəyini bildirib.
11-ci turun görüşləri isə 28, 29 və 30 oktyabrda baş tutacaq.
Premyer Liqa
10-cu tur
20 oktyabr
“Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu, 18:30.
“Səbail” – “Neftçi”
“Bayıl Arena”, 20:30.
21 oktyabr
“Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu, 15:00.
“Sabah” – “Sumqayıt”
“Masazır Arena”, 18:00.
22 oktyabr
“Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu, 16:30.
11-ci tur
28 oktyabr
“Zirə” – “Səbail”
Zirə İK stadionu, 16:00.
“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 19:00.
29 oktyabr
“Sumqayıt” – “Qəbələ”
“Sumqayıt Arena”, 16:00.
“Neftçi” – “Sabah”
“Neftçi Arena”, 18:30.
30 oktyabr
“Araz-Naxçıvan” – “Qarabağ”
Bakı. “Dalğa Arena”, 19:00.


