Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 12-ci turun görüşləri üç günü əhatə edəcək. Tura noyabrın 21-də start veriləcək. Qalan görüşlər isə ayın 22-də və 23-də baş tutacaq.
Azərbaycan, Premyer Liqa
12-ci tur
21 noyabr
“Karvan” – “Kəpəz”
Şamaxı şəhər stadionu, 14:00.
“Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
22 noyabr
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Bakı. “Dalğa Arena”, 15:00.
“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 17:30.
23 noyabr
“Sabah” – “Şamaxı”
“Masazır Arena”, 15:00.
“Neftçi” – “İmişli”
Bakı. “Neftçi Arena”, 17:30.


