Premyer Liqa: 13-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turunun hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, 13-cü tura bu gün keçiriləcək bir oyunla start veriləcək.

İlk gündə baş tutacaq “Araz-Naxçıvan” – “Kəpəz” oyununu Rəşad Əhmədov idarə edəcək.

“Neftçi” – “Sumqayıt” matçı Rauf Cabbarova, “Turan Tovuz” – “Sabah” qarşılaşması isə Əliyar Ağayevə həvalə olunub.

Son günə təsadüf edəcək “Zirə” – “Qəbələ” görüşündə Elçin Məsiyev söz sahibi olacaq. “Qarabağ” – “Səbail” matçını isə Rəvan Həmzəzadə idarə edəcək.

Premyer Liqa
13-cü tur
10 noyabr

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Fərid Hacıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Dalğa Arena”, 19:00

11 noyabr

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Neftçi Arena”, 16:30.

“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu, 19:00.

12 noyabr

“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

“Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: