Premyer Liqa: 4-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Növbəti turun görüşləri sentyabrın 12-də, 13-də və 14-də keçiriləcək.

Premyer Liqa
4-cü tur

12 sentyabr

“Kəpəz” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu, 17:45.

“Qarabağ” – “Zirə”
Bakı. “Azersun Arena”, 20:00.

13 sentyabr

“İmişli” – “Sumqayıt”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Turan Tovuz” – “Qəbələ”
Bakı. “Azersun Arena”, 19:00.

14 sentyabr

“Şamaxı” – “Karvan-Yevlax”
Şamaxı şəhər stadionu, 16:30.

“Neftçi” – “Sabah”
Bakı. “Neftçi Arena”, 19:00.

PFL-in yaydığı məlumatda o da qeyd edilir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda təftiş nəticəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması yönündə “İmişli” klubu tərəfindən işlər davam etdirilir. Peşəkar Futbol Liqası aparılan işləri nəzarətdə saxlayır. Yekun təftişdən sonra “İmişli” – “Sumqayıt” oyununun məkanında dəyişiklik ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: