Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
8-ci turun görüşləri oktyabrın 17-də, 18-də və 19-da keçiriləcək. Hər günə iki oyun təsadüf edəcək. Son çempion “Qarabağ” “səfərdə” “Turan Tovuz”la üz-üzə gələcək. Lakin Ağdam klubu məlum səbəblərdən Tovuz təmsilçisi ilə elə öz stadionunda qarşılaşacaq.
Azərbaycan, Premyer Liqa
8-ci tur
17 oktyabr
“Şamaxı” – “Kəpəz”
Şamaxı şəhər stadionu, 14:30.
“Turan Tovuz” – “Qarabağ”
Bakı. “Azersun Arena”, 19:00.
18 oktyabr
“İmişli” – “Qəbələ”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Sumqayıt” – “Karvan-Yevlax”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.
19 oktyabr
“Sabah” – “Zirə”
“Masazır Arena”, 16:00.
“Neftçi” – “Araz-Naxçıvan”
Bakı. “Neftçi Arena”, 18:30.


