Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
9-cu turun görüşləri oktyabrın 24-də, 25-də və 26-da keçiriləcək. Ənənəvi olaraq, hər gün 2 oyun baş tutacaq. Son çempion “Qarabağ” bu turda doğma meydanda “Şamaxı”nı qəbul edəcək.
Azərbaycan, Premyer Liqa
9-cu tur
24 oktyabr
“Karvan” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 14:30.
“Kəpəz” – “İmişli”
Qəbələ şəhər stadionu, 17:00.
25 oktyabr
“Araz-Naxçıvan” – “Sabah”
Mərdəkan. “Dalğa Arena”, 16:00.
“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 18:30.
26 oktyabr
“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 16:00.
“Qarabağ” – “Şamaxı”
Bakı. “Azersun Arena”, 18:30.


