Premyer Liqa: “Araz-Naxçıvan” “Kəpəz”ə məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Ötən həftə məğlub olan muxtar respublika təmsilçisi ardıcıl 2-ci yenilgini Mərdəkanda alıb. Halbuki, gəncəlilər meydana baş məşqçisiz çıxmışdılar. “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra Azər Məmmədov istefa verdiyi üçün onu bu görüşdə köməkçisi Etibar İbrahimov əvəz etmişdi. Buna baxmayaraq, Gəncə təmsilçisi bu mövsüm əla təsir bağışlayan “Araz-Naxçıvan”la oyundan qalib ayrılmağı bacarıblar. Bu qələbə sayəsində gəncəlilər müvəqqəti də olsa, sonuncu pilləni tərk ediblər.

Premyer Liqa
13-cü tur
10 noyabr

“Araz-Naxçıvan” – “Kəpəz” 0:1
Qol: Adama Niane, 75.
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
Mərdəkan. “Dalğa Arena”.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 42. Məhəmməd Kadiri, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov.
Məşqçi: Etibar İbrahimov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: