Premyer Liqa: “Arsenal” uduzdu, “Liverpul” 3 qola üzüldü

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 22-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha yeddi qarşılaşma baş tutub.

“Nyukasl” – “Vest Hem” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Altı qolun qeydə alındığı “Aston Villa” – “Lester Siti” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Brentford” “Sauthempton”u, “Brayton” “Bornmut”u, “Mançester Yunayted” də “Kristal Pelas”ı məğlub yola salıb.

Səfərdə “Vulverhempton”la qarşılaşan “Liverpul” bu tur böyük hesabla məğlub olub.

“Everton”un qonağı olan lider “Arsenal” da turu xalsız başa vurub. “Topçular” sentyabrdan bəri ilk dəfə İngiltərə Premyer Liqasında məğlubiyyətlə üzləşiblər. Paytaxt təmsilçisi sonuncu dəfə ötən il sentyabrın 4-də “Mançester Yunayted”ə yenilmişdi – 1:3. Bununla da Mikel Artetanın komandasının 13 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub. “Arsenal” 13 matçın 11-də qələbə qazanmışdı, 2 görüşü isə heç-heçə başa vurmuşdu.

Əvəzində “Everton”un yeni baş məşqçisi Şon Dayç ilk oyununda qələbə qazanıb. O, Frenk Lempardın yerinə bu posta təyin olunmuşdu.

22-ci turun qalan qarşılaşmaları sabah – fevralın 5-də keçiriləcək.

İngiltərə Premyer Liqası
22ci tur
3 fevral

Çelsi – Fulhem 0:0

4 fevral

Everton – Arsenal 1:0
Qol: Tarkovski, 60.

Aston Villa – Lester Siti 2:4
Qol: Uotkins, 9. Suttar, 32-öz qapısına – Meddison, 12. İheanaço, 41. Tete, 45+.2 Praet, 79.

Brentford – Sauthempton 3:0
Qol: Mi, 31. Mbeumo, 44. Yensen, 80.

Brayton – Bornmut 1:0
Qol: Mitoma, 87.

Mançester Yunayted – Kristal Pelas 2:1
Qol: B.Fernandes, 7. Raşford, 62 – Şlupp, 76.

Vulverhempton – Liverpul 3:0
Qol: Matip, 5-öz qapısına. Douson, 12. Neves, 71.

Nyukasl – Vest Hem 1:1
Qol: Uilson, 3 – Paketa, 32.

5 fevral

18:00. Nottingem Forest – Lids
20:30. Tottenhem – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: