Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Hər iki komandanın eyni xala (18) malik olması bu oyuna marağı daha da artırır.
“Neftçi” ilə “Sumqayıt”ın bugünəqədərki 44 oyununda bakılılar 23, sumqayıtlılar 12 qələbə qazanıblar. Daha 9 oyun heç-heçə bitib. Ardıcıl 3 quruhesablı qələbə qazanan “Neftçi” son 7 oyunda qol vurub. “Sumqayıt” isə son 10 matçda qalib gələ bilməyib.
Günün sonuncu matçında “Turan Tovuz” “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək. Qeyri-sabit çıxışı ilə diqqət çəkən bu iki komanda da hazırda turnir cədvəlində yanaşıdırlar.
“Turan Tovuz”la “Sabah” buna qədər 5 oyunda üz-üzə gəliblər. 2 oyunda tovuzlular, 3 oyunda bakılılar qələbə qazanıblar. “Sülh”ü xoşlamayan bu komandaların son 4 oyununda qonaqlar quru hesabla qalib gəliblər. Xüsusilə də “Sabah” səfərdə qol buraxmayıb və xal itirməyib.
Premyer Liqa
13-cü tur
10 noyabr
“Araz-Naxçıvan” – “Kəpəz” 0:1
Qol: Adama Niane, 75.
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Dalğa Arena”, 19:00
11 noyabr
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Neftçi Arena”, 16:30.
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu, 19:00.
12 noyabr
“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.
“Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


