Premyer Liqa: Baş məşqçisiz “Neftçi” Tovuzdan xalla qayıtdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Tovuzda baş tutub.

Burada “Turan Tovuz” “Neftçi”ni qəbul edib. 23 xalla 3-cü pillədə qərarlaşmış Kurban Berdıyev yaxşı günlərini yaşamayan paytaxt təmsilçisini xalsız yola salmağı hədəfləmişdi. Tovuzlular 4 oyun idi məğlubiyyət tanımırdılarsa, “Neftçi” son iki turda məğlubiyyətə üzülmüşdü. Sonuncu – “İmişli” ilə ev oyunundakı 2:3 hesablı yenilgidən sonra hətta komandanın baş məşqçisi də istefaya göndərilmişdi. Yeni baş məşqçi axtarışında olan “ağ-qaralar”ın belə çətin bir dövrdə çətin Tovuz səfərindən xal və ya xallarla qayıtması heç də inandırıcı görünmürdü. Buna baxmayaraq, tərəflər yekunda qolsuz heç-heçəyə razılaşıblar.

Premyer Liqa
13-cü tur

28 noyabr

“Turan Tovuz” – “Neftçi” 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 18:30.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.

Neftçi: 13. Kenan Piriç (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: