Premyer Liqa: Bu gün 2024/25 mövsümünə yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 36-cı turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. Qərb derbisini Fərid Hacıyev idarə edəcək. Tovuz təmsilçisi mövsümün son oyununda azarkeşlərinə jest edərək stadiona girişi pulsuz edib.

Mövsümün sonuncu oyununda isə “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gələcək. Azərbaycanı yeni mövsümdə avrokuboklarda təmsil edəcək bu komandaların görüşünü Cavid Cəlilov idarə edəcək.

Premyer Liqa
36-cı tur

23 may

“Səbail” – “Sumqayıt” 1:4
Qollar: Suleyman Alluş, 21 – Sertan Taşkın, 28. Georgi Xaraişvili, 59-pen. Ronaldo Vaskes, 79. Roi Kehat, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 19:30.

24 may

“Şamaxı” – “Qarabağ” 0:1
Qol: Emmanuel Addai, 86.
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 17:00.

“Sabah” – “Neftçi” 1:0
Qol: Jesse Sekidika, 64.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”, 19:30.

25 may

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Dalğa Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: