Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qubada baş tutub.
“İmişli” burada “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
Günün digər oyunu isə “Sumqayıt”la “Karvan” arasında baş tutacaq. Sumqayıtdakı qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
Daha öncə “Şamaxı” evdə “Kəpəz”ə (1:4), “Turan Tovuz” isə “Qarabağ”a (1:2) məğlub olub. Turun qalan iki oyunu sabah keçiriləcək.
Premyer Liqa
8-ci tur
18 oktyabr
“İmişli” – “Qəbələ” 2:2
Qollar: Ronaldo de Souza, 74. Dioqo Almeyda, 80 – Domi Massumo, 43. İbrahim Sanqare, 47.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 25. Nicat Kərimov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.


