Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.
Burada çempionatın iki autsayderi – “Qəbələ” və “Kəpəz” komandaları üz-üzə gəliblər. Turnir cədvəlinin son iki pilləsində qərarlaşmış bu komandalardan Qəbələ təmsilçisinin 11, Gəncə klubunun isə 10 xalı vardı. Uğursuz mövsüm keçirən Elmar Baxşıyevin çalışdırdığı komanda bu oyunda da uduzub. İlk yarıda azlıqda da qalan meydan sahibləri 3 cavabsız qola üzülüblər.
Günün digər oyununda isə “Zirə” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Bu oyuna saat 17:00-da start veriləcək.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” səfərdə “Sumqayıt”a 6:1 hesabıyla qalib gəlmişdi. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.
Premyer Liqa
16-cı tur
8 dekabr
“Qəbələ” – “Kəpəz” 0:3
Qol: Georgi Papunaşvili, 6; 72. Adama Niane, 70.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.
Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.


