Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunun növbəti qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.
“Kəpəz” burada “Səbail”lə üz-üzə gəlib. Autsayderlərin duelini Rəvan Həmzəzadə idarə edib.
23 xalla 9-cu sırada qərarlaşmış Gəncə təmsilçisi bu oyundan qalib ayrılsaydı, “Səbail”in sonuncu pilləni tərk edə bilməyəcəyi demək olar ki, dəqiqləşəcəkdi. Uzun müddətdir qələbəyə həsrət olan və 18 xalla sonuncu pillədə qərarlaşmış paytaxt təmsilçisi qalib gələcəyi halda isə bu iki komanda arasındakı fərq 2-yə enəcəkdi və elitada qalmaq uğrunda mübarizə daha da qızışacaqdı.
Lakin qarşılaşmada qalib müəyyənləşməyib. “Kəpəz”in hesabı açdığı oyunda qonaqlar cavab qolunu vurmaqla məğlubiyyətdən xilas olublar.
Premyer Liqa
28-ci tur
30 mart
“Kəpəz” – “Səbail” 1:1
Qollar: Şevroni Mabatşoev, 41 – Dmitri Litvin, 68.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.
Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 78. Yeqor Xvalko, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.
Səbail: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev 3. Dmitri Litvin, 4. Marko Nikoliç, 7. Madi Keta, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 44. Amir Bilali, 99. İnnosent Nşuti.
Baş məşqçi: Elvin Məmmədov.


