Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci dövrənin ilk turunun ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
Çempionatın aşkar autsayderinə çevrilmiş “Kəpəz” bu dəfə lider “Zirə”ni qəbul edəcək. Amma Gəncə təmsilçisi məlum səbəblərdən bu rəqiblə öz meydanında yox, Tovuz şəhər stadionunda üz-üzə gələcək.
“Kəpəz”lə “Zirə” tarixində 17 dəfə üz-üzə gələcək. Əvvəlki oyunlardan 3-də gəncəlilər, 7-də zirəlilər qalib gəliblər, daha 7 matç isə bərabərliklə yekunlaşıb. “Zirə” son 6 oyunda bu rəqibinə qol vurub. “Kəpəz” son 9 matçda qalib gəlməyib.
Günün digər oyunu “Sabah”la “Sumqayıt” arasında baş tutacaq. Komandalar turnir cədvəlində qonşu olsalar da, aralarında 4 xallıq fərq var. İndi ötənmövsümkü iddiasını ortaya qoymağa çalışan “Sabah” bu fərqi minimuma endirmək üçün əla şansa malikdir. Əks halda Murad Musayevin komandası autsayderlər qrupundakı yerini möhkəmləndirmiş olacaq.
“Sabah”la “Sumqayıt” 19 oyunda qarşılaşıblar. Bu oyunlarda “Sabah” 10, “Sumqayıt” 6 qələbə qazanıb, 3 oyun bərabərliklə bitib. “Sabah” son dörd oyunda böyükhesablı quru qələbə qazanıb. “Sumqayıt” 7 matçdır bu rəqibinə qalib gələ bilmir.
Premyer Liqa
10-cu tur
20 oktyabr
“Turan Tovuz” – “Qarabağ” 2:2
Qollar: Otto Con, 46, Ayxan Hüseynov, 90+4 – Olavio Juninyo, 7. Leandro Andrade, 90.
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tovuz şəhər stadionu, 18:30.
“Səbail” – “Neftçi” 2:4
Qollar: David Qomis, 2. Aleksandr Ramalinqom, 81 – Azər Əliyev, 12. Ataa Caber, 45+3. Yuri Matias, 88. Rəhman Hacıyev, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 20:30.
21 oktyabr
“Kəpəz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 15:00.
“Sabah” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 18:00.
22 oktyabr
“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 16:30.


