Premyer Liqa: “Karvan” “Şamaxı”ya böyük hesabla uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Günün yeganə görüşü “Karvan”la “Şamaxı” arasında baş tutub. Mövsümün aşkar autsayderinə çevrilmiş Yevlax təmsilçisi doğma meydanda qələbə həsrətinə son qoymağa və turnir cədvəlinin “zirzəmi”sindən çıxmağa çalışıb. “Şamaxı” isə növbəti xal və ya xallarını qazanmaq üçün mübarizə aparıb. Yevlax şəhər stadionunda keçirilmiş oyunu Cavid Cəlilov idarə edib. Görüşün yekununda qonaqlar 3 cavabsız qolla 3 xal qazanıblar.

14-cü turun qalan görüşləri dekabrın 8-də və 9-da keçiriləcək.

Premyer Liqa
14-cü tur

7 dekabr

“Karvan” – “Şamaxı” 0:3
Qollar: Oruc Məmmədov, 59. Karim Rossi, 70. Dioqo Balau, 82.
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.

Karvan: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 99. Pedro Mateuş, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 8. Peter Kinqs, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Məşqçi: Elnur Çodarov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: