Premyer Liqa: “Karvan” “zirzəmi”ni “Kəpəz”dən təhvil aldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda iki autsayder – sonuncu pillədə qərarlaşmış “Kəpəz” səfərdə “Karvan”la qarşılaşıb.

Bu, uzun müddətdən sonra doğma meydanına qovuşmuş Yevlax təmsilçisinin doğma azarkeşləri qarşısındakı ilk görüşü olub. Üç qolun qeydə alındığı oyunda Gəncə təmsilçisi qələbə qazanaraq sonuncu pilləni tərk edib. Əvəzində bu görüşdə uduzmuş Yevlax təmsilçisi 12-ci pilləyə düşüb.

Premyer Liqa
12-ci tur

21 noyabr

“Karvan” – “Kəpəz” 1:2
Qollar: Araz Abdullayev, 31 – Luis Paçu, 14. Rauf Hüseynli, 76-pen.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu, 14:00.

Karvan: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 8. Peter Kings, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Azər Həşimov.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 10. Ryonosuke Ohori, 6. Pedro Qomeş.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 14. Adama Fofana, 55. Kresus Donqo, 38. Cefferson Bento.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: