Premyer Liqa klubunda ciddi itki

İngiltərənin “Lester Siti” klubunun müdafiəçisi Ceyms Castin sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu İngiltərə kuboku çərçivəsində “Brayton”a qarşı keçirdikləri oyunda zədələnib. Castinin zədəsinin ciddi olduğu və bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Ceyms Castin 2019-cu ildən “Everton”un uğurları üçün çalışır. İngilis müdafiəçi 2015-2019-cu illər aralığında yetirməsi olduğu “Luton Taun”un da formasını geyinib.