Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Lids” doğma meydanda “Vest Hem”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.
9-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
9-cu tur
24 oktyabr
Lids – Vest Hem 2:1
Qollar: Aaronson, 3. Rodon, 15 – M.Fernandes, 90.
25 oktyabr
18:00. Çelsi – Sanderlend
18:00. Nyukasl – Fulhem
20:30. Mançester Yunayted – Brayton
23:00. Brentford – Liverpul
26 oktyabr
18:00. Arsenal – Kristal Pelas
18:00. Aston Villa – Mançester Siti
18:00. Bornmut – Nottingem Forest
18:00. Vulverhempton – Börnli
20:30. Everton – Tottenhem



